Sergey Yuran istefa verməyəcək
"Serik Belediyespor"un baş məşqçisi Sergey Yuran klubda qalacaq.
Sportlife.az xəbər verir ki, o, bazar ertəsi günü komanda ilə məşq keçirib.
I Liqa təmsilçisi ötən həftə 11-ci turda "Pendikspor"a 0:4 hesabı ilə məğlub olub. Oyundan sonra Yuran vəzifəsindən ayrıla biləcəyini etiraf edib. Mediada yayılan məlumatlara görə, klub iki aydan çoxdur maaşları gecikdirir.
"Serik Belediyespor" turnir cədvəlində 14-cü yerdədir. Komanda noyabrın 1-də "Adana Demirspor" ilə qarşılaşacaq.