Superkubokun ən yaxşısı
İspaniya Superkubokunda "Barselona" və "Real" arasında keçirilmiş final oyununun ən yaxşı futbolçusu müəyyənləşib.
Sportlife.az xəbər verir ki, bu ada Kataloniya klubunun hücumçusu Rafinya layiq görülüb.
Braziliyalı forvard "El-Klassiko"da iki qolla yadda qalıb.
Qeyd edək ki, "Real"ı 3:2 hesabı ilə məğlub edən "Barselona" 16-cı dəfə Superkuboku qazanıb.