Tanınmış baş məşqçi istefa verdi
Brendan Rodgers "Seltik"in baş məşqçisi vəzifəsindən istefa verib.
Sportlife.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti xəbər yayıb.
Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Rocers 2023-cü ilin yayından "Seltik"də çalışırdı. Komanda hazırda turnir cədvəlində ikinci yerdədir.