
"Topçular"ın diqqətini çəkdi
Dortmund "Borussiya"sının vingeri Kərim Adeyemi İngiltərə Premyer Liqasının top klublarından birinin diqqətini çəkib.
Sportlife.az xəbər verir ki, Londonun “Arsenal” klubu hücumçunu heyətinə qatmaq istəyir. "Topçular"ın meneceri Mikel Arteta alman futbolçu ilə şəxsən maraqlanır. 23 yaşlı futbolçunun bazar dəyəri 35 milyon avrodur. Kərim 2027-ci ilin ortalarına qədər Dortmund klubuna bağlıdır.
Adeyemi cari Bundesliqa mövsümündə 12 matçda iştirak edib. Hücumçu 2 qol vurub və 3 məhsuldar ötürmə edib.