"Tottenhem"i yox, "Milan"ı seçdi

  • 18 Fevral 2025, 15:14

"Milan"ın hücumçusu Santyaqo Ximenes "Tottenhem"ə keçə bilərmiş.

Sportlife.az xəbər verir ki, İngiltərə klubu transfer pəncərəsinin son günündə 23 yaşlı meksikalı üçün "Feyenoord"a təklif göndərsə də, forvard "Milan"ı seçib.

Ximenes İtaliya klubunda 4 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


Paylaş: