
Trapp Fransaya qayıdır
"Ayntraxt"ın qapıçısı Kevin Trapp "Paris"ə getmək üçün danışıqlar aparır.
Sportlife.az xəbər verir ki, 35 yaşlı futbolçu ötən mövsüm Liqa 1-ə yüksələn klubda çıxış etmək istəyir. Tərəflər razılığa yaxındır.
Trappın "Ayntraxt"la hazırkı müqaviləsi 2026-cı ildə başa çatacaq.
Qeyd edək ki, alman qapıçı Fransa futboluna yad deyil. O, 2015-2019-cu illərdə PSJ-də 91 oyuna çıxıb və 11 kubok qazanıb.