Vinisius cərimələnəcək?
"Real" hücumçusu Vinisius Junioru La Liqanın 10-cu turunda "Barselona" ilə oyunda əvəzlənməyə reaksiyasına görə cəzalandırmayacaq.
Sportlife.az xəbər verir ki, Madrdi klubu braziliyalı forvarda heç bir sanksiya tətbiq etməyəcək.
Klub hesab edir ki, bu, Alonsonun nəzarətində olan daxili məsələdir, oyunçu və məşqçi arasındakı vəziyyətə müdaxilə etmək düzgün deyil. Bundan əlavə, matçdan sonra Vinisius və Alonso bir-birini qələbə münasibətilə təbrik ediblər, yəni problem həll olunub.