Xabi Alonso imtina etsə...

  • 25 Fevral 2024, 18:55

Almaniya millisinin baş məşqçisi Julian Naqelsmann "Bavariya"ya qayıda bilər.

Sportlife.az "Bild"ə istinadla xəbər verir ki, 36 yaşlı alman komandaya qayıtmaqda maraqlıdır. Amma bu variant Münhen komandasının əsas namizədi Xabi Alonsonun “Bavariya”ya rəhbərlik etməkdən imtina edəcəyi təqdirdə mümkündür.

Naqelsmann artıq 2021-2023-cü illərdə "Bavariya"da çalışıb. O, 2023-cü ilin sentyabrından Almaniya millisinin sükanı arxasındadır.


Paylaş: