Yamal rəhbərliyin qərarına qarşı çıxdı

  • 19 Fevral 2025, 10:28

"Barselona"nın futbolçusu Lamin Yamal yeni sağ cinah müdafiəçisinin transfer olunmasına qarşı çıxıb.

Sportlife.az xəbər verir ki, 17 yaşlı vinger Jül Kunde ilə birlikdə oynamağa davam etmək istəyir.

O, fransalı oyunçu ilə bir-birini yaxşı başa düşdüyünü bildirib. Məhz bu səbəbdən başqa cinah müdafiəçisinin alınmasına qarşıdır.

Qeyd edək ki, Yamal bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 31 oyun keçirib, 11 qol vurub və 15 məhsuldar ötürmə edib. Kunde isə 37 matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: