Arauxo nə zaman qayıdacaq?

  • Bu gün, 18:44

"Barselona" futbolçuları Milad tətili bitdikdən sonra məşqləri bərpa edəcəklər.

Sportlife.az xəbər verir ki, Daniel Olmo və Ronald Arauxonun komandaya qoşulması hələlik sual altına düşüb.

Bildirilir ki, klub dekabrın əvvəlində emosional vəziyyətini bərpa etmək üçün istirahətə ehtiyac duyan Arauxoya təzyiq göstərməyəcək.

Digər oyunçu Daniel Olmo isə "Atletiko" ilə oyunda (3:1) zədələnmişdi. Baş məşqçi Hans-Diter Flik ispaniyalı futbolçunun yanvarın 3-də "Espanyol"la keçiriləcək derbi matçına qədər meydana qayıdacağına ümid edir.


Paylaş: