Fransa klubunda yeni rekord
"Lion”a “Real”dan icarə əsasında keçən braziliyalı hücumçu Endrik artıq klub tarixində rekord müəllifi olub.
Fransa klubu bir neçə gün əvvəl sosial şəbəkədə yeni transferin təqdimat videosunu yayımlayıb.
Sportlife.az xəbər verir ki, həmin video klubun sosial şəbəkə hesabında ən çox baxılan material olub və 1,1 milyondan çox izlənmə toplayıb.
Endrik “Lion” forması ilə debütünü yanvarın 3-də edə bilər. Komanda “Monako” ilə qarşılaşacaq.
“Lion” ölkə çempionatında 16 turdan sonra 27 xal toplayaraq, turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.