Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentləri seçilib

  • 18 Fevral 2025, 13:29

Fevralın 18-də Milli Olimpiya Komitəsinin (MOK) lX Hesabat-seçki baş məclisindən sonra qurumun İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

"Sportlife.az" xəbər verir ki, iclasda Azər Əliyev MOK-un baş katibi, Çingiz Hüseynzadə vitse-prezidenti və İcra Aparatının rəhbəri, Zemfira Meftahətdinova və Fərid Mansurov isə MOK-un digər vitse-prezidentləri seçiliblər.

Ç.Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara ölkəmizdə idman və Olimpiya Hərəkatındakı fəaliyyətlərində uğurlar arzulayıb.


Paylaş: