De Rossi "Roma"da qalır

  • 18 Aprel 2024, 12:20

"Roma" baş məşqçisi Daniele De Rossi ilə bağlı qərar verib.

Sportlife.az klubun saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssisin 2024/2025 mövsümündə də komandanın başında olacağı bildirilib.

 

Qeyd edək ki, De Rossi bu ilin yanvarından "Roma"nı çalışdırır. Onun rəhbərliyi altında komanda meydana çıxdığı 16 matçın 11-də qələbə qazanıb, 3-də heç-heçə edib, 2-də məğlub olub.


Paylaş: