Diniyevin komandası məğlub oldu

  • Dünən, 12:21

Türkiyə birinci liqasında 38-ci turun oyunları keçirilir. 

Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Çorum” səfərdə “İstanbulspor”la qarşılaşıb. Oyun İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Diniyev meydana start heyətində çıxıb və 46-cı dəqiqədə əvəzlənib. 

“Çorum” hazırda 54 xalla 10-cu pillədə qərarlaşıb.


Paylaş: