"Əgər bu barədə çox danışsam, problemlə üzləşəcəm" - "Real"ın futbolçusu

  • 9 Fevral 2025, 14:52

"Real"ın sağ cinah müdafiəçisi Lukas Vaskes oyunsonrası müsahibəsində İspaniya çempionatının 23-cü turunun "Atletiko" ilə oyununda (1:1) hakimlik barədə danışıb.

Sportlife.az xəbər verir ki, ispaniyalı futbolçu hakimin qərarlarından narazı olduğunu bildirib:

"Verilən çox qərarın səhv olduğunu düşünürəm. Bu qərarlar Bizim oyunumuza da təsir edirdi. Əgər bu barədə çox danışsam, problemlə üzləşəcəm”.

Daha əvvəl "kral klubu"nun televiziyası derbidəki hakimliyi tənqid etmişdi. Klubu ən çox qəzəbləndirən epizod matçın 34-cü dəqiqəsində qapılarına penaltinin təyin edilməsi olub.


Paylaş: