
Elmar Baxşıyev: “Komandada bir az rahatlıq var idi”
Bu gün Azərbaycan Premyer Liqasının 34-cü turunda “Qarabağ” “Araz Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, oyundan sonra “Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
“Oyun barədə çox danışa bilməyəcəm. Çox zəif oynadıq. “Qarabağ” bizdən qat-qat üstün və istəkli idi. İki oyunumuz qalıb. Qarşıdakı günlərdə daha düzgün yanaşıb, düzgün istiqamət verib, iki oyunu düşünməliyik. Ramon Maçado da bu gün ən zəif oyunu göstərdi. Limitə girdiyindən gələn oyunu da düşündük. Komanda olaraq zəif oynadıq. Onu da qəbul etmək lazımdır. Rəqib bizdən üstün idi. Hər şey özümüzdən asılıdır. Çalışacağıq ki, komanda olaraq toparlanıb, istəyimizə çataq. Bir az rahatlıq var idi. Onu da gizlətmək mümkün deyil. Dünənki oyunun nəticəsi də futbolçulara təsir etmişdi. Bu oyun bir silkələnmə olacaq və müsbət təsir edəcək”.