Kapitana yeni müqavilə təklif olunub

  • Dünən, 14:17

Mançester Yunayted”in kapitanı Bruno Fernandesin komandadakı gələcəyi klubun “Əl-Hilal”ın prezidenti Fəhad bin Nafellə görüşündən sonra şübhə altına düşüb.

Sportlife.az xəbər verir ki, danışıqlar Londonda baş tutub və Səudiyyə Ərəbistanı klubu futbolçuya iddialı layihə təqdim edərək, üç illik müqavilə təklif edib.

Fernandes üçün əsas şərt maaşın çoxluğu ola bilər. Ona ildə azı 30 milyon avro maaş vəd edilib. Hələlik tərəflər arasında yekun razılaşma yoxdur, lakin görüşün özü “Əl-Hilal”ın ciddi niyyətindən xəbər verir.


Paylaş: