
Klublarımızdan "Traktor"a təbrik
“Traktor”un tarixində ilk dəfə İran çempionu adını qazanması Azərbaycanda da böyük sevinclə qarşılanıb.
Sportlife.az xəbər verir ki, Təbriz təmsilçisinin sona iki tur qalmış qızıl medalları təmin etməsinə Azərbaycan klubları da biganə qalmayıblar.
Misli Premyer Liqasında çıxış edən komandalar Cənubi Azərbaycan təmsilçisinin çempionluğu ilə bağlı paylaşımlar ediblər. “Neftçi”, “Qarabağ”, “Zirə”, “Sumqayıt”, “Səbail”, “Kəpəz”, “Turan Tovuz”, “Sabah” artıq İran çempionunu təbrik edib. Hələlik yalnız bu gün meydana çıxacaq “Şamaxı” və “Araz-Naxçıvan” bu addımı atmayıb. Premyer Liqaya bu il qayıdan “Qəbələ” də “Traktor”un sevincinə qoşulub.
Qeyd edək ki, Cənubi Azərbaycan klubu “Şəms Azər”ə 4:0 hesabı ilə qalib gələrək sona iki tur qalmış çempionluğu təmin edib.