
Aprel ayının ən yaxşısı bəlli oldu
"Barselona”nın futbolçusu Lamin Yamal dünya üzrə aprel ayının ən yaxşı futbolçusu seçilib.
Sportlife.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) aprelin ən yaxşı futbolçularının reytinqini açıqlayıb.
Aprel ayının ən yaxşısı seçilən 17 yaşlı oyunçunun komanda yoldaşı Rafinya isə ikinci yerə layiq görülüb. İlk “3-lüy”ü PSJ-nin hücumçusu Osman Dembele qapayıb.
Yamal ötən ay “Barselona”nın heyətində 9 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Klubla müqaviləsinin müddəti 2026-cı ilə qədər olan futbolçunun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.