
“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu finala yüksəldi
Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirinin son günündə Azərbaycanın üç cüdoçusu finala yüksəlib.
Sportlife.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbovla Elcan Hacıyev finalda qarşılaşacaqlar.
Finala vəsiqə qazanan Camal Qamzatxanovun (+100 kq) rəqibi isə tacikistanlı cüdoçu Temur Rakimov olacaq.
Kənan Nəsibov (+100 kq) isə bürünc medal uğrunda özbəkistanlı Utkirbek Turoboyevlə mübarizə aparacaq.
Bürünc medalllar uğrunda yarışlara və finallara saat 16:00-da start veriləcək.
Azərbaycan cüdoçularından daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.