ÇL: “İnter” – “Barselona” matçının hakimləri bəlli oldu

  • Dünən, 16:04

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter” – “Barselona” cavab matçının hakim təyinatları açıqlanıb. 

Sportlife.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Polşadan olan Simon Marçinyak idarə edəcək. Ona həmyerliləri Tomas Listkieviç və Adam Kupsik köməklik göstərəcək. 4-cü hakim funksiyasını polşalı Pavel Raskovski yerinə yetirəcək.

Dennis Higler (Niderland) VAR, Pol Van Bokel (Niderland) isə AVAR hakimi olacaq.

Mayın 6-da keçiriləcək oyun saat 23:00-da başlayacaq. Komandalar arasında Barselonada keçirilən matçda 3:3 hesabı qeydə alınıb.


Paylaş: