“Mançester Siti” italiyalı üçün hərəkətə keçib

  • Bu gün, 11:30

"Yuventus”un müdafiəçisi Andrea Kambiaso karyerasını İngiltərədə davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, italiyalı oyunçuya “Mançester Siti” maraq göstərir.

“Şəhərlilər”in ispaniyalı baş məşqçisi Pep Qvardiola hesab edir ki, 25 yaşlı futbolçu onun oyun sisteminə mükəmməl uyğun gəlir.

İngiltərə təmsilçisi Kambiasoya görə 60 milyon avro ödəməyə hazırdır. O, cari mövsümdə A Seriyasında 30 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin ortalarınadək qüvvədədir.


Paylaş: