Xavi ərəblərin hədəfində

  • Dünən, 17:43

Jorji Jezuşun istefasından sonra baş məşqçi postu boş qalan “Əl-Hilal”ın hədəfindəki mütəxəssis bəlli olub.

Sportlife.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Xavinin xidmətində maraqlıdır.

45 yaşlı ispaniyalı “Barselona”dan ayrıldıqdan sonra işsizdir. O, 2024-cü ilin yayında La Liqa təmsilçisini tərk edib.

Qeyd edək ki, ölkə çempionatında 2-ci pillədə qərarlaşan “Əl-Hilal” Asiya Çempionlar Liqası ilə yarımfinalda vidalaşıb.


Paylaş: