Krivotsyukun komandasından vacib qələbə

  • Dünən, 14:13

Futbol üzrə Cənubi Koreya çempionatında XI turun oyunları keçirilir.

Sportlife.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” evdə “Anyanq”la qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.

Krivotsyuk bu qarşılaşmada 90 dəqiqə meydanda olub.

11 turdan sonra aktivində 26 xal olan “Daejeon” turnir cədvəlinin zirvəsində qərarlaşıb.


Paylaş: