
Ferstappen Mayami Qran-prisinin qalibi oldu
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə 2025-ci il dünya çempionatının altıncı mərhələsinin - Mayami Qran-prisinin seçmə mərhələsinin qalibi olub.
Sportlife.az xəbər verir ki, “Maklarena” komandasının britaniyalı pilotu Lando Norris seçmə mərhələdə ikinci yeri tutub. Üçüncü yeri italiyalı Kimi Antonelli (“Mercedes”) tutub.
Norris daha əvvəl sprint yarışında qalib gəlib.