Pavard “Barselona” ilə oyuna hazır olacaq

  • Bu gün, 14:06

"İnter”in müdafiəçisi Benjamin Pavar tezliklə meydana qayıdacaq.

Sportlife.az xəbər verir ki, komandanın baş məşqçisi Simone İnzaqinin köməkçisi Massimiliano Farris futbolçunun Çempionlar Liqasının yarımfinalının mayın 6-da baş tutacaq qarşıdakı cavab oyununda meydana çıxmağa hazır olduğunu bildirib:

“Pavar bizə çərşənbə axşamı “Barselona”ya qarşı oynamağa hazır olduğunu söylədi. Biz vəziyyəti yaxından izləyəcəyik və matç başlamazdan əvvəl qərar verəcəyik”.

Fransalı müdafiəçi A Seriyasının “Atalanta” ilə (2:1) matçında zədələnib. O, “Verona” (1:0) və “Barselona” (3:3) ilə son iki matçı buraxıb.

“İnter”lə “Barselona” arasında cavab oyunu “San Siro”da keçiriləcək.


Paylaş: