
“Real” onun üçün 100 milyon istəyir
"Real” bu yay vingeri Rodriqo Qoesi satmağı düşünür.
Sportlife.az “Relevo”-ya istinadən xəbər verir ki, Madrid klubu braziliyalı futbolçu üçün start qiymətini 100 milyon avro müəyyən edib. “Mançester Siti” və “Arsenal” Rodriqo ilə maraqlanır.
Rodriqonun yayda “Real”a rəhbərlik edəcəyi gözlənilən Xabi Alonso ilə söhbət etmək, komandadakı rolunu öyrənmək istədiyi və bundan sonra qərarını verəcəyi bildirilir.
24 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.