“Barselona”nın futbolçusu sıradan çıxıb

  • Bu gün, 13:27

"Barselona"nın heyətində itki baş verib.

Sportlife.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Pablo Torre sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Torrenin sol dizində zədə aşkarlanıb. 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin yaşıl meydanlara qayıdacağı tarixlə bağlı məlumat verilməyib.

Qeyd edək ki, "Barselona" Pablo Torreni 2022-ci ilin yayında "Rasinq"dən transfer edib. İspaniya U-21 millisinin üzvü bu mövsüm La Liqa nəhənginin heyətində meydana çıxdığı 14 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: