
“Qarabağ” “Sumqayıt”la, “Neftçi” “Kəpəz”lə qarşılaşacaq
Azərbaycan Premyer Liqasında bu gün XXXIII tura iki oyunla yekun vurulacaq.
Sportlife.az xəbər verir ki, əvvəlcə “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək.
“Azərsun Arena”da baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək.
Ötən tur çempionluğu rəsmiləşdirmiş “Qarabağ” hazırda 77 xalla turnir cədvəlinin ilk pilləsindədir. 8-ci yerdə olan “Sumqayıt”ın isə 30 xalı var.
Turun son matçı “Neftçi Arena”da “Neftçi” və “Kəpəz” komandaları arasında keçiriləcək. Rauf Cabarovun idarə edəcəyi görüş saat 20:00-da başlayacaq. “Neftçi” hazırda 36 xalla yeddinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
IV dövrə, XXXIII tur
4 may
18:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Azərsun Arena”.
20:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi Arena”.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0. “Araz-Naxçıvan” - “Sabah”, "Şamaxı" - "Səbail" qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.