
“Sabah” “Neftçi”yə qalib gəldi
Azərbaycan Basketbol Liqasının final seriyasının ikinci matçında “Sabah” “Neftçi”ni məğlub edib.
Sportlife.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş Rimas Kurtinaytisin komandasının 86:77 hesablı qələbəsi ilə yekunlaşıb.
Final seriyasının ilk matçında da “Sabah” “Neftçi”ni üstələmişdi 94:89.
Final seriyasında 4 qələbə əldə edən komanda çempion olacaq. Növbəti iki matçın 6 və 8 mayda təşkili planlaşdırılır.