Koxalski təsdiqlədi: "Bəzi klublardan maraq var"

  • 18 Noyabr 2025, 10:52

"Belə xəbərləri mən də görürəm, amma agentimdən və ya klubdan rəsmi məlumat gəlməlidir. İnternetdə hər kəs nəsə yaza bilər, xüsusilə yaxşı dövr keçirəndə insanlar daha çox inanır".

Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Mateuş Koxalski keçmiş klubu “Stal”ın (Melets) mətbuat xidmətinə müsahibəsində deyib.

Qolkiper bəzi klublardan ona maraq olduğunu təsdiqləyib: "Maraqlar və sorğular var, amma xəbərlərdə yazılan klublardan deyil. Konkret təklif yoxdur. Yayda “Stal”dan ayrılarkən təxminən 15 klub maraq göstərmişdi, amma heç biri rəsmiləşmədi. Marağın olması yaxşı motivasiya verir, çünki kimsə sənə baxır".

Qeyd edək ki, Koxalski ötən ilin avqustunda "Qarabağ"a keçib.


Paylaş: