Millimiz yenə uduzdu

  • 24 Fevral 2024, 13:43

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə növbəti matçını keçirib.

Sportlife.az xəbər verir ki, yığma 7-8-ci yerlər uğrunda matçda Tacikistanla üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:1.

U-17 qrup mərhələsində Rusiyaya (0:1), Belarusa (0:2) və Özbəkistana (0:2) uduzub.

Beləliklə, komanda beynəlxalq turnirdə sonuncu yeri tutub.


Paylaş: