Millinin futbolçusunun komandası qələbə qazandı

  • Dünən, 11:38

Ukrayna Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi “Çernomorets” səfərdə “Vorskla” ilə qarşılaşıb. Görüş Odessa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli komandamızın üzvü meydana start heyətində çıxıb və hesab 1:1 olarkən, 80-ci dəqiqədə əvəzlənib.

“Çernomorets” bu qələbədən sonra turnir cədvəlinin son pilləsindən xilas olub. Mustafayevin komandası hazırda 21 xalla 15-ci pillədədir


Paylaş: