
"Neftçi"nin sabiq baş məşqçisi qovuldu
“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu yenə klubsuz qalıb,
Sportlife.az xəbər verir ki, 2 ay öncə ölkəsinin "Petrolul" komandasının sükanı arxasına keçən rumıniyalı mütəxəssis istefaya göndərilib.
Komandanın uğursuz nəticələr göstərməsi onun vəzifəsindən qovulması ilə nəticələnib. Mutu "Petrolul"un başında cəmi 10 oyuna çıxıb.
Qeyd edək ki, Adrian Mutu 2023-cü ilin yayından dekabrına qədər “Neftçi”nin baş məşqçisi olub.