
“Qarabağ” “Araz-Naxçıvan”a, “Kəpəz” “Sumqayıt”a qalib gəldi
Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun daha iki oyunu keçirilib.
Sportlife.az xəbər verir ki, "Kəpəz" "Sumqayıt"ı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun son matçı isə "Qarabağ" və "Araz-Naxçıvan" komandaları arasında baş tutub. Burada isə çempion "Qarabağ" 2:0 hesabı ilə qələbə qazanıb.
Misli Premyer Liqası
XXXIV tur
11 may (şənbə)
18:00. “Kəpəz” – “Sumqayıt” 1:0
Qol: Rauf Hüseynli, 10 (pen)
Baş hakim: İnqilab Məmmədov
Tovuz şəhər stadionu
20:00. “Qarabağ” – “Araz-Naxçıvan” 2:0
Qollar: Musa Qurbanlı 35, Kaşuk 59
Baş hakim: Əliyar Ağayev
Azersun Arena