Qunnlauqsson: “Azərbaycan millisi ikinci hissədə daha yaxşı çıxış etdi”

  • Dünən, 23:32

İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan yığmasına qarşı Bakıda keçirdikləri oyun haqda danışıb.

Sportlife.az xəbər verir ki, o, 2:0 hesablı qələbəni belə şərh edib:

“Bizim üçün çətin oyun idi, ancaq yaxşı nəticə qazandıq. Birinci hissədə komandam yaxşı çıxış etdi, ikinci hissədə fikrimcə, Azərbaycan millisi daha yaxşı çıxış etdi. Lakin qapımızı toxunulmaz saxlaya bildik.

Azərbaycan milli komandası fiziki cəhətdən yaxşı çıxış etdi, intensiv idilər. İlk hissədən fərqli çıxış etdikləri görünürdü. İntensiv çıxış etdilər, lakin qeyd etməliyəm ki, öz komandam da buna yaxşı cavab verdi.

Azərbaycan millisi ilk oyundakı kimi eyni sistemlə çıxış edirdi, lakin fərqli strukturla oynadılar. Gənc, bacarıqlı oyunçuları var.

Bu gün biz öz işimizi yerinə yetirdik və gələcək oyunu düşünməliyik.

Azərbaycanda gəzintiyə çıxmışdıq. Çox gözəl şəhəri var. Bakını çox bəyəndim”.


Paylaş: