Konte istirahətə göndərildi

  • Bu gün, 22:24

“Napoli”nin baş məşqçisi Antonio Konte 11-ci turda “Bolonya”ya 2:0 hesabı ilə məğlub olduqdan sonra beynəlxalq fasilə zamanı komandasını tərk edib.

Sportlife.az xəbər verir ki, italiyalı məşqçi əvvəlcədən bir həftəlik fasiləni razılaşdırıb. O, hazırda Turindədir və oyunçuları Kontenin köməkçisi Kristian Stellini hazırlayır.

İtaliya çempionatında 11 oyundan sonra “Napoli” 22 xala malikdir və turnir cədvəlində lider “İnter” və “Roma”dan iki xal geridə qalaraq dördüncü yerdədir.


Paylaş: