Millimizin futbolçusunu hansı cəza gözləyir?

  • 13 Noyabr 2025, 19:01

Türkiyədə mərc oyunlarında iştiraka görə saxlanılan Azərbaycan millsinin üzvü Mert Çelikin cəzası bəlli olub.

Sportlife.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. O, 45 günlük futboldan kənarlaşdırılıb. 

“Neftçi” və “Səbail”in sabiq müdafiəçisi haqqında araşdırmalar davam edəcək. 

Xatırladaq ki, Mert Çelik Azərbaycan millisinin heyətində bir oyun keçirib. O, bu il Belarusla (0:2) keçirilən yoxlama matçında iştirak edib.


Paylaş: