“Bayern” qərarını verib
"Bayern"in futbolçusu, Almaniya millisinin üzvü Manuel Noyerin gələcəyi ilə bağlı mövqeyi məlum olub.
Sportlife.az xəbər verir ki, Münhen təmsilçisi 39 yaşlı kapitanını komandada saxlamaq istəyir. Klub zədədən qayıdan Noyerin vəziyyətindən razıdır. "Bavariya" qolkiperlə müqaviləsini yeniləmək qərarına gəlib. Tərəflərin hazırkı sözləşməsi cari mövsümün sonuna qədərdir.
Lakin Noyer yekun qərarını verməyib. Bildirilir ki, onun karyerasını başa vurmaq ehtimalı da var.