Argentinalı “Real”ın təklifini rədd etdi
"Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes “Real”ın marağına baxmayaraq, klubunu tərk etmək niyyətində deyil.
Sportlife.az xəbər verir ki, 24 yaşlı futbolçu “kral klubu”nun onu transfer etmək cəhdini qəti şəkildə rədd edib.
Hazırda Fernandes “Çelsi” ilə yeni və təkmilləşdirilmiş müqavilə barədə danışıqlar aparır. Onun London təmsilçisi ilə hazırkı sözləşməsinin müddəti 2032-ci ilin ortalarına kimidir.
Argentinalı futbolçunun çıxış etdiyi “Çelsi” noyabrın 5-də, UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.