Tanınmış futbolçu Avropaya qayıtmaq istəyir

  • Bu gün, 20:46

"Əl-Hilal”ın müdafiəçisi Joao Kanselo gələcəkdə yenidən Avropada oynamaq niyyətində olduğunu etiraf edib.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Əlbəttə ki, yenidən Avropada oynamaq arzusundayam. “Əl-Hilal”la müqaviləmin bitməsinə daha bir il qalıb, amma həmişə yeni macəralara açığam”.

Portuqaliyalı futbolçu 2024-cü ilin yayında “Mançester Siti”dən “Əl-Hilal”a keçib. O, bu mövsüm Səudiyyə Ərəbistanı klubunda 4 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.


Paylaş: