Qanalının “elçilər”i çoxalır
"Mançester Yunayted” “Bornmut”un hücumçusu Antuan Semenyonu transfer etməyi hədəfləyir.
Sportlife.az xəbər verir ki, klub yanvar ayında futbolçunu heyətinə qatmaq üçün “Liverpul”, “Arsenal” və “Mançester Siti”ni qabaqlamağa çalışır. Məlumata görə, “Bornmut” 25 yaşlı futbolçunu satmaq niyyətində deyil. Bununla yanaşı, hücumçunun transfer dəyərinin 65–80 milyon funt sterlinq aralığında ola biləcəyi qeyd edilir.
Semenyo cari mövsümdə bütün turnirlərdə 12 oyunda meydana çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.