"Ronaldo kimi komanda yoldaşın olanda özünü şanslı hiss edirsən"

  • 9 Fevral 2025, 16:32

"Mançester Yunayted"in keçmiş futbolçusu Ruud van Nistelroy sabiq komanda yoldaşı Kriştiano Ronaldonun klubdakı inkişafını xatırlayıb.

Sportlife.az xəbər verir ki, Niderland millisinin keçmiş oyunçusu Ronaldonun hər zaman inkişaf etməyə hazır olduğunu bildirib:

"Bir sıra gənc futbolçuların inkişafı izləmişəm, amma Ronaldo nümunəsi bu baxımdan ən yaxşı idi. Onun necə yaşadığına və işlədiyinə, maksimum nəticə qazanmaq üçün nə etdiyinə baxsanız, ən yüksək standartları görəcəksiniz. Kriştiano "Mançester Yunayted"ə bu düşüncə ilə gəlmişdi. Müsahibəsində də deyib ki, hələ də hər gün bu standartlara riayət edir.

Ronaldo öyrənməyə və inkişaf etməyə hazır idi, hər gün işləyirdi, işləyirdi və yenə də işləyirdi. Meydanda, zalda, bərpa proseslərində... Qidalanmasına və müalicəsinə xüsusi diqqət ayırırdı. Bunu görəndə Ronaldo kimi komanda yoldaşının olduğuna görə özünü şanslı hiss edirsən. Başqa belə bir futbolçu tanımıram".

40 yaşlı hücumçu Ərəbistanın "Əl-Nəsr" klubunun heyətində bu mövsüm bütün turnirlərdə 25 oyunda iştirak edib, 23 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klub ilə hazırkı müqaviləsi mövsümün sonuna kimidir.


Paylaş: