"Şamaxı" belçikalı hücumçu ilə anlaşdı

  • 11 İyul 2024, 10:23

"Şamaxı" yeni mövsüm transfer çalışmalarını davam etdirir.

Sportlife.az saytının əldə etdiyi məlumata görə, bölgə təmsilçisi hücumçu Jonatan Benteke ilə anlaşıb. "Şirlər" belçikalı forvardla bütün məsələlərdə razılığa gəliblər.

29 yaşlı futbolçu son olaraq Lüksemburqun "Union Titus" klubunda çıxış edib. Onun klubu ilə müqaviləsi bu ayın əvvəli başa çatıb.

Benteke ötən mövsüm komandası ilə keçirdiyi 17 oyunda 6 qol vurub.


Paylaş: