"Səbail" heyətini daha bir futbolçu ilə gücləndirdi

  • 8 İyul 2024, 17:21

"Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportlife.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "dənizçilər" ukraynalı müdafiəçi Dmitri Litvinlə 1 illik razılığa gəlib.

Peşəkar karyerasına ölkəsinin "Metallist" (Xarkov) klubunda başlayan 27 yaşlı oyunçu sonuncu dəfə Portuqaliya təmsilçisi "Luzitaniya"da çıxış edib.


Paylaş: