“Topaz Futbol Festivalı”nda Bakı finalı baş tutdu

“Topaz Futbol Festivalı”nda Bakı finalı baş tutdu

  • 14 İyul 2019, 17:00

Bakıda "Topaz"ın sponsorluğu ilə keçirilən mini futbol üzrə təşkil olunan turnirin final mərhələsi keçirilib.

Sportlife.az xəbər verir ki, 2 aydan çox davam edən turnir Azərbaycanın 7 zonası üzrə keçirilib.

Şimal bölgəsi (Quba, Qusar, Xaçmaz, Şabran) - Qusarda, Mərkəzi Aran bölgəsi və ətraf rayonlar (Beyləqan, Füzuli, Ağcabədi, Xocavənd) – Xocavənddə, Cənub bölgəsi (Astara, Lənkəran, Cəlilabad, Lerik, Masallı) – Astarada, Gəncə zonası (Gəncə, Göygöl, Tovuz, Ağstafa, Naftalan) – Göygöldə, Qax zonası (Şəki, Qax, Zaqatala, Balakən) - Qaxda, Sumqayıt zonası (Abşeron, Bakı, Sumqayıt, Şamaxı, Xırdalan) – Sumqayıtda təşkil olunub. Zona qalibləri Bakı finalında üz-üzə gəliblər.

Finala yüksələn 8 komanda bunlardır: “Premier” (Quba rayonu), Füzuli FK (Füzuli rayonu), “Xəzər Lənkəran” (Lənkəran şəhəri), Qax (Qax rayonu), “Gəncə Şərab 2” (Gəncə şəhəri), “Novxanı”, “Abşeron”, “Sumqayıt – 70”.

Respublikamızın 7 bölgəsini əhatə edən festivala ümumilikdə 48 komanda, o cümlədən yüzlərlə iştirakçı və onlarla könüllü qatılıb. Bütün komandaların üzvlərinə, hakimlərə, dəvət olunmuş qonaqlara, könüllülərə xüsusi hədiyyələr verilib.

Tədbir çərçivəsində, həmçinin konsert və viktorinalar keçirilib. Futbola aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə olunub.


Paylaş: