UEFA inspektoru Tovuz stadionuna baxış keçirdi

  • 18 Aprel 2024, 10:22

UEFA stadion inspektoru Nebojsa İvkoviç və AFFA nümayəndəsi Tovuz şəhər stadionunda olublar.

Sportlife.az "Turan Tovuz"un mətbuat xidmətinə istinadən xəbər verir ki, 4 saatdan çox çəkən baxışdan sonra serbiyalı funksioner stadionun müvafiq kateqoriyaya yiyələnməsi üçün UEFA-nın tələblərini çatdırıb,  tapşırıq və tövsiyələrini verib. 

Onun iştirakı ilə keçirilən iclasda stadionun müasir standartlara cavab verməsi üçün görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.


Paylaş: