Yeni şirkət yaradan Ceyhun Sultanov: "Futbolçuların özləri zəng vurub, bu şirkətlə işləmək istəyəcəklər"

  • 11 Aprel 2024, 21:32

“Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov “Topsport” menecerlik şirkətini təsis edib.

Bu barədə Sportlife.az-a Sultanov özü məlumat verib.

“Düzünü desəm, çoxdan belə bir şirkət yaratmağı düşünürdüm. Amma tələsmədim. Bir müddət gözlədim ki, əlaqələrim güclənsin. Həm də lazım olan şirkətlərlə əməkdaşlıq etdim. Bu barədə son vaxtlar hər gün fikirləşirdim. Nəhayət, bu şirkəti təsis etməyə qərar verdim. Məqsədim gələcək vəd edən azərbaycanlı futbolçuların yolunu xarici ölkələrə yönləndirməkdir. Ümidvaram ki, illər ərzində bunu Azərbaycanda böyük bir şirkətə çevirəcəyəm. Nə dərəcədə bacaracağam, bunu hələ deyə bilmərəm. Amma Afrikada və Avropada skautlarım var. Yerimdə oturub, kimdənsə iş gözləmək mənə uyğun deyil. Fikirləşirəm ki, gərək özün-özünə ağa olasan. Bir az vaxt lazımdır, futbolçuların özləri zəng vurub, bu şirkətlə işləmək istəyəcəklər” - deyə Sultanov bildirib.


Paylaş: