![](https://sportlife.az/storage/xeber/01JEZFAR1D17X04K5KZJKY21M2.png)
Azərbaycanın qadın hakimi 1-ci kateqoriyaya layiq görüldü
Azərbaycanın qadın idman gimnastikası üzrə hakimləri Anjella Abdullayeva 1-ci, Kristina Pravdina 2-ci kateqoriyaya layiq görülüblər.
Sportlife.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Onlar İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarında yüksək nəticə göstəriblər.