
Güləşçimiz Dünya Çempionatında final görüşünə çıxacaq
Daha 3 qadın güləşçimiz Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizə aparacaq.
Sportlife.az xəbər verir ki, təsnifat mərhələsində Mariya Stadnik kubalı Yusneylis Quzmanla qarşılaşacaq.
57 kq-da Jalə Əliyeva 1/16 finalda kolumbiyalı Andrea Qonzaleslə, 65 kq-da Birgül Soltanova 1/8 finalda türkiyəli Kadriye Aksoyla görüşəcək.
57 kq-da təsəlliverici qarşılamada Alyona Kolesnik Tamara Dollakla güləşəcək.
Bu gün Maqomedxan Maqomedov finalda Bəhreyndən olan Axmed Tajudinovla mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi həlledici görüşə vəsiqə qazanaraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Daha əvvəl isə sərbəst güləşçi Osman Nurmaqomedov gümüş medala yiyələnib.